“Gəlin, bunu edək!” – Ronaldo

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo DÇ-2022-nin pley-off mərhələsinin yarımfinalında Türkiyə ilə oyundan əvvəl paylaşım edib.

Komanda.az xəbər verir ki, Ronaldo “instaqram” hesabında bunları yazıb:

“Bütün diqqətlər dünya çempionatınadır. Həmişə olduğu kimi, Portuqaliyanı təmsil etməkdən qürur duyuram. Yolun asan olmayacağını bilirik, bizimlə eyni hədəfləri olan rəqiblərə böyük hörmətimiz var. Amma Portuqaliyanın layiqli yerini tutması üçün birlikdə mübarizə aparacağıq. Gəlin, bunu edək!”

Martın 24-də keçiriləcək Portuqaliya – Türkiyə matçı saat 23:45-də başlayacaq. Qalib gələn komanda İtaliya – Şimali Makedoniya cütünün qalibi ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button