
“Gəncə” mövsümdə ilk dəfə məğlub oldu
“Gəncə” Azərbaycan Basketbol Liqasının cari mövsümündə ilk dəfə məğlub olub.
Komanda.az xəbər verir ki, Halil Atlının baş məşqçisi olduğu komanda 5-ci turda “Sumqayıt”la üz-üzə gəlib.
Qarşılaşma “gənclik şəhəri” təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 85:79.
Gəncə klubu hazırda B qrupunda 9 xalla liderdir. Xallarının sayını 6-ya çatdıran “Sumqayıt” sonuncu-altıncı sıradadır.
Turun əvvəlki 4 matçında “Quba” “Ordu”ya (101:75), “Sərhədçi” NTD-yə (84:79), “Abşeron” “Neftçi”yə (72:56), “Sabah” “Naxçıvan”a qalib gəlib. “Şəki” – “Lənkəran” oyunu isə dekabrın 8-də baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin