“Fənərbaxça”nın baş məşqçisi: “Nottingem Forest” çox yaxşı futbol göstərdi”

“Fənərbaxça” dünən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk qarşılaşmasında evdə “Nottingem Forest”ə 0:3 hesabı ilə məğlub olub.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, oyundan sonra İstanbul klubunun baş məşqçisi Domeniko Tedesko matçla bağlı fikirlərini bölüşüb. O, rəqibin yüksək tempdə oyun nümayiş etdirdiyini vurğulayıb:

“Rəqib çox yaxşı futbol göstərdi. Onlar meydanda çox sürətlə hərəkət edirdilər. Təşəbbüsü ələ almaq və öz oyunumuzu qəbul etdirmək bizim üçün çətin oldu. “Nottingem Forest” ilk yarım saatda yaxşı pressinq tətbiq etdi və biz buna qarşılıq verə bilmədik”.

Komandalar arasındakı cavab matçı gələn həftə İngiltərədə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button