
Türkiyə klubu Reşford üçün təklif hazırlayır
“Mançester Yunayted”in hücumçusu Markus Reşford karyerasını Türkiyədə davam etdirə bilər.
Komanda.az “Fanatik”-ə istinadən xəbər verir ki, “Fənərbaxça” ingiltərəli futbolçu üçün rəsmi təklif hazırlayır. İstanbul təmsilçisi transferi mümkün qədər tez yekunlaşdırmaq üçün “qırmızı şeytanlar”la razılığa gəlməyə çalışır.
28 yaşlı futbolçu ötən mövsümü icarə əsasında “Barselona”da keçirib. Kataloniya klubu onun satınalma bəndini aktivləşdirməyib.
“Transfermarkt” portalının qiymətləndirməsinə görə, Reşfordun dəyəri 40 milyon avrodur.
“Fənərbaxça” ötən mövsüm Türkiyə çempionatını turnir cədvəlinin ikinci pilləsində başa vuraraq, çempionluq yarışında “Qalatasaray”dan geri qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



