Rusiya kuboku: Azərbaycanlı futbolçuların rəqibləri bilindi

Futbol üzrə Rusiya kubokunda 1/8 final mərhələsinin cütləri məlum olub.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular – Kamran Əliyev, Ayaz Quliyev və Azər Əliyevin komandalarının da rəqibləri bilinib.

Kamran Əliyevin formasını geyindiyi “Ximki” bu mərhələdə “Orenburq”la, Ayaz Quliyevli “Spartak” “Rostov”la, Azər Əliyevli “Ufa” isə ÇSKA-yla qarşılaşacaq.

Ramil Şeydayevin formasını geyindiyi “Dinamo” klubu 1/16 final mərhələsində “Luç”a məğlub olaraq (0:1), mübarizəni dayandırıb.

Rusiya kubokunda 1/8 final mərhələsinin oyunları 30-31 oktyabr tarixlərində keçiriləcək.

Rusiya kuboku, 1/8 final mərhələsi

30-31 oktyabr

Baltika – Torpedo
Orenburq – Ximki
Nijni Novqorod – Şinnik
Arsenal – Ural
ÇSKA – Ufa
Spartak – Rostov
Zenit – Tom
Axmat – Luç

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button