Gürcüstanda futbol yarışları təxirə salınır – koronavirusa görə

Futbol üzrə Gürcüstan çempionatına fasilə verilir.

Komanda.az xəbər verir ki, bu barədə Gürcüstan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Buna səbəb ölkədə koronavirusa yoluxma hallarının artması və epidemioloji vəziyyətin pisləşməsidir.

Gürcüstan Futbol Federasiyası (GFF) futbolçuların, azarkeşlərin sağlamlığını və təhlükəsizliyini əsas tutaraq, avqustun 14-dən sentyabrın 4-nə qədər futbol yarışlarına müvəqqəti fasilə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button