Almaniya milli komandasının yeni baş məşqçisi açıqlandı

Futbol üzrə Almaniya milli komandasının yeni baş məşqçisi məlum olub.

Komanda.az xəbər verir ki, yığmanın yeni çalışdırıcısı Hans-Diter Flik olacaq. Bu barədə Almaniya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb. Fliklə üç illik müqavilə imzalanıb.

56 yaşlı mütəxəssis son olaraq Almaniyanın “Bavariya” klubunda baş məşqçilik edib.

Flik AÇ-2020-dən sonra Almaniya millisinin “sükanı arxasına” keçəcək. O, hazırkı baş məşqçi Yoahim Lövü əvəzləyəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button