Fransaya uyğunlaşa bilmədiyi üçün klubdan göndərildi

Fransanın “Brest” klubu yarımmüdafiəçisi Yusef Belaili ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə 30 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Ayrılığa səbəb kimi Əlcəzairdən olan vingerin Liqa 1 klubuna uyğunlaşa bilməməsi göstərilib. Futbolçunun ailəsindən uzaqda olduğu üçün özünü yaxşı hiss etmədiyi vurğulanıb.

Belaili bu ilin yanvar ayından “Brest”in uğurları üçün çalışırdı. O, bu komandada 19 matça çıxıb, 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, Əlcəzair yığmasında da 42 oyuna çıxıb və 9 qol vurub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button