PSJ-nin futbolçusu saxlanıldı

Fransanın PSJ klubunun qadın komandasının üzvü Aminata Diallo saxlanılıb.

Komanda.az xəbər verir ki, Aminata komanda yoldaşı Xeyra Hamruiyə hücum təşkil etməkdə ittiham olunur. Bu barədə PSJ-nin mətbuat xidməti məlumat yayıb.

Bir müddət əvvəl Fransada mehmanxanaların birində PSJ-nin qadın futbolçuları axşam yeməyi yeyib. Daha sonra Aminata və Hamrui birlikdə yola düşüb. Yolda maskalı iki nəfər Hamruiyə hücum edib, onu döyüblər.

Polis məsələ ilə bağlı araşdırmaları davam etdirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button