PSJ satacaq, “Barselona” qazanacaq

Fransanın PSJ klubu futbolçusu Rafinya Alkantaranı satmaq niyyətindədir.

Komanda.az xəbər verir ki, Paris təmsilçisi yarımmüdafiəçini 10 milyon avroya satmağa razıdır. Bu barədə AS nəşri məlumat yayıb.

Rafinya 2020-ci ilin oktyabrında “Barselona”dan PSJ-yə keçib. “Barsa” brazilyalı futbolçunu PSJ-yə satarkən, razılaşmaya növbəti satışdan 35 faizlik pay almaq maddəsi qoyub. PSJ Rafinyanı 10 milyon avroya satacağı halda, 3,5 milyon avro “Barselona”ya ödəməli olacaq.

Rafinyanın PSJ ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button