“Monako”da niderlandlı hücumçu – rəsmi

Fransanın “Monako” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi Niderlandın “Alkmaar” klubundan Mayron Boadunu transfer edib. Bu barədə “Monako”nun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı niderlandlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.

Mayron “Alkmaar”la ötən mövsüm 38 oyunda 15 qol vurub.