“Monako”da 3 yeni futbolçu – rəsmi

Fransanın “Monako” klubu heyətini 3 yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Strasburq”dan Yussuf Fofananı, “Bordo”dan Orelyen Çuamenini və “Legiya”dan Radoslav Mayeçkini heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər üç futbolçu ilə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalanıb.

Qapıçı Mayeçki mövsümün sonuna qədər icarə əsasında “Legiya”da forma geyinəcək.

“Monako” 21 yaşlı Fofana üçün 15, 20 yaşlı Çuameni üçün 17,5, 20 yaşlı Mayeçki üçünsə 5 milyon avro ödəyib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button