“Arsenal”dan “Marsel”ə – rəsmi

Fransanın “Marsel” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Arsenal”dan Matteo Genduzini heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçi 2021/22 mövsümünü icarə əsasında “Marsel”də keçirəcək.

Fransa klubu mövsümün sonunda 10 milyon avro ödəməklə Genduzini birdəfəlik transfer etmək hüququna sahibdir.

2018-ci ildən “Arsenal”da çıxış edən Genduzi ötən mövsümü icarə əsasında Almaniyanın “Herta” klubunda keçirib.