“Lion”un prezidenti məvacibini azaltdı – koronavirusa görə

Fransanın “Lion” klubunun prezidenti Jan-Mişel Olas koronavirus pandemiyasına görə məvacibinin bir hissəsindən imtina edib.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Olas, klubun əməkdaşlarına dəstək olmaq üçün məvacibinin 30 faiz azaldılmasına qərar verib. “Lion”un İcraiyyə Komitəsinin üzvləri də maaşlarının 15 faizindən imtina edib.

Koronavirus pandemiyasına görə Fransa Liqa 1-də mövsüm erkən yükunlaşdırılıb. PSJ çempion elan edilib, “Lion” isə 7-ci yeri tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button