“Lion”da yeni futbolçu

Fransanın “Lion” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Flamenqo”dan braziliyalı futbolçu Jan Lukası transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Fransa mətbuatı “Lion”un Lukas üçün “Flamenqo”ya 8 milyon avro ödədiyini iddia edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button