Fransa prezidenti seçimini etdi: Messi, yoxsa Ronaldo?

Fransa prezidenti Emmanuel Makron Kriştiano Ronaldo – Lionel Messi duelində hansı futbolçuya üstünlük verdiyini açıqlayıb.

Komanda.az “Brut”-a istinadən xəbər verir ki, ölkə başçısı hazırda Səudiyyə Ərəbistanında forma geyinən Ronaldonun adını çəkib:

“Mən Kriştianonun adını çəkərdim”.

Argentinalı Messi 2021-2023-cü illərdə PSJ-də çıxış edib. O, iyunun 7-də “İnter Mayami”yə keçdiyini elan edib.

Portuqaliyalı hücumçu Ronaldo isə karyerasını Səudiyyə Ərəbistanı klubu “Əl-Nəsr”də davam etdirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button