Anelkadan Mbappeyə açıq məktub: “PSJ-dən ayrılmalısan”

Fransa milli komandasının sabiq futbolçusu Nikolya Anelka PSJ-də çıxış edən Kilian Mbappeyə açıq məktub ünvanlayıb.

Komanda.az xəbər verir ki, keçmiş hücumçu, “The Athletic” nəşrində yayımlanan məktubunda Mbappeyə PSJ-dən ayrılmağı məsləhət görüb:

“Qızıl top”u qazanmaq, Kriştiano Ronaldo və Lionel Messinin yolundan getmək istəyirsənsə, ən yaxşılarla mübarizə aparmalısan. İngiltərə və ya İspaniyada oynamalısan. Bu səbəbdən PSJ-dən ayrılmalısan.

Böyük titullar qazanmaq istəyirsənsə, bir yerdən sonra PSJ-dən ayrılmaq məcburiyyətindəsən. Paris klubunda nə qədər uğur qazansan da, insanlar “gözəl, PSJ üçün möhtəşəm işlər gördün, ancaq sadəcə Fransada” deyəcəklər. Fransa çempionatı asan deyil, məni düzgün başa düş. Lakin mənə görə ən çətini İngiltərə Premyer Liqasıdır. Ən yaxşısını etmək istəyirsənsə, İngiltərə, İtaliya, İspaniya klublarında oyna, bundan sonra nələrdənsə danışa bilərik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button