100-ə çatdı

Fransa milli komandası UEFA Millətlər Liqasının finalında İspaniyanı məğlub edərək (2:1), çempion olub.

Komanda.az xəbər verir ki, həlledici oyunda iştirak edən fransalı hücumçu Antuan Qrizmann millinin tarixinə düşüb. Belə ki, İspaniya yığmasıyla oyun 30 yaşlı futbolçunun millidəki 100-cü matçı olub.

Qrizmann Fransa yığmasında 100 və daha çox oyun keçirən 9-cu futbolçu olub.

Fransa millisində oyun sayına görə rekordçu Lilian Türamdır. Sabiq müdafiəçi yığmada 142 matça çıxıb.