Jiru ilə yeni müqavilə bağlanacaq

“Milan”ın sabiq hücumçusu Olivye Jiru karyerasını bitirməyi düşünmür və futbol oynamağa davam edəcək.

Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, fransalı forvard “Lill”lə yeni müqavilə üzrə razılığa çox yaxındır. Tərəflər əməkdaşlığın müddətini növbəti mövsümün sonuna qədər uzatmağı planlaşdırır.

39 yaşlı Jiru ötən mövsümdə “Lill”in heyətində 44 oyunda meydana çıxıb, 11 qol vurub və 1 məhsuldar ötürmə verib.

Liqa 1 mövsümünü 61 xalla turnir cədvəlinin 3-cü pilləsində başa vuran “Lill” növbəti mövsüm üçün UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button