Poçettino: “Bütün yarışların dəyərini bilməliyik”

PSJ-nin baş məşqçisi Maurisio Poçettino Fransa çempionluğunun Paris klubu üçün vacib olduğunu söyləyib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, argentinalı mütəxəssis, komandasının bütün üzvlərinin iştirak etdikləri yarışların dəyərini bilməli olduqlarını deyib:

“Bəli, Çempionlar Liqasından uzaqlaşmaq həmişə məyus edir. Klubumuz hər zaman Çempionlar Liqasında uğur qazanmaq arxasınca qaçır. Amma biz PSJ-nin iştirak etdiyi bütün yarışların dəyərini bilməliyik. Fransa çempionatı ilboyu keçirilir ki, bu da sabitlik tələb edir. Hansı ölkədə olursa olsun, Fransada, İtaliyada, İngiltərədə, qalib gəlmək çox çətindir”.

PSJ Çempionlar Liqasının 1/8 final mərhələsində “Real”a uduzaraq, mübarizəni dayandırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button