Fofana rəsmən “Çelsi”də – 83 milyonluq transfer!

İngiltərənin “Çelsi” klubu heyətinə daha bir yeni futbolçu cəlb edib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Lester Siti”nin müdafiəçisi Uesli Fofananı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı futbolçu ilə 7 illik müqavilə imzalanıb. “Zadəganlar” bu transfer üçün “Lester Siti”yə 82.5 milyon avro ödəyiblər. Britaniya mətbuatı müqavilədə əlavə bonusların nəzərdə tutulduğunu da yazır.

Uesli Fofana Fransanın “Sent Etyen” klubunun yetirməsidir. O, 2020-ci ildə 35 milyon avro qarşılığında “Lester Siti”yə transfer olunmuşdu. Fransız futbolçu sözügedən klubun forması ilə 52 oyuna çıxıb, 1 qol vurub. Ötən mövsüm zədə səbəbindən cəmi 12 oyuna çıxan müdafiəçi, bu mövsüm də 2 matçın iştirakçısı olub. O, Fransanın U-21 yığmasında da oynayıb.

London təmsilçisi sol cinah müdafiəçisi Abdul-Rahman Babanı da “Ridinq”ə icarəyə verib. Qanadan olan 28 yaşlı futbolçu, ötən mövsümü də bu komandada icarədə keçirmişdi. “Zadəganlar”ın heyətində cəmi 23 oyunun iştirakçısı olan futbolçu, əvvəllər “Şalke”. “Reyms”, “Malyorka” və PAOK-da da icarədə olub. “Çelsi”dən əvvəl “Auqsburq”, “Qroyter” və “Asante Kotoko”da oynamış müdafiəçi, Qana yığmasında 44 oyuna çıxıb, 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button