“Fluminense”dən “Atletiko”ya

İspaniyanın “Atletiko” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, La Liqa çempionu Braziliyanın “Fluminense” klubunun hücumçusu Markos Paulonu heyətinə qatıb.

Bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb. 20 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Braziliyalı oyunçu yeni klubuna azad agent statusu ilə keçib.

Qeyd edək ki, “Fluminense”nin öz yetirməsi olan Markos Paulo 2018-ci ildən bu klubun əsas komandasında çıxış edirdi. O, ötən mövsüm Braziliya A Seriyasında 24 oyuna 3 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button