Flikin Rafinya ilə bağlı planı var

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik son aylarda komandanı tərk edəcəyi deyilən Rafinya ilə bağlı qərar verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı çalışdırıcının Rafinya üçün böyük planları var və braziliyalını yeni komandasında əsas oyunçu kimi görür. Rafinya yeni baş məşqçinin dəstəyini aldığı üçün yəqin ki, “Barselona”da qalacaq.

Rafinya 58 milyon avroya “Lids”dən transfer olunduqdan sonra “Barsa”da iki mövsüm keçirib.

27 yaşlı braziliyalı futbolçu La Liqanın son mövsümündə 6 qol vurub, 9 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button