“Barselona”da təcili iclas

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın son uğursuz nəticələrinin uzun çəkməyəcəyinə ümid etdiyini bildirib.

Kataloniyalılar son iki oyunda məğlubiyyətlə üzləşib. Komanda əvvəlcə İspaniya kubokunun yarımfinal mərhələsinin ilk görüşündə “Atletiko”ya 0:4 hesabı ilə darmadağın olub. Ardınca isə La Liqada keçirilən derbidə “Jirona”ya 1:2 hesabı ilə uduzub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Flik dünən məşqçilər heyəti və futbolçuların iştirakı ilə uzun çəkən iclas keçirib.

Almaniyalı mütəxəssis mövsümün həlledici mərhələsində komandanın sürəti azaltmağa haqqı olmadığını vurğulayıb və artıq növbəti matçdan düzgün reaksiyanın göstərilməsini gözlədiyini bildirib.

Toplantıda ötən mövsüm “Barselona”ya uğur qazandıran taktiki prinsiplərə ciddi şəkildə əməl olunmasının vacibliyi də xüsusi qeyd edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button