Flik: “Rafinya bizə çox lazımdır”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya superkubokunun finalında “Real”a qarşı oyundan sonra Rafinya Diasın komanda üçün nə qədər vacib olduğunu vurğulayıb.

Braziliyalı vinger final qarşılaşmasında dubla imza ataraq Kataloniya klubuna 3:2 hesablı qələbə qazandırıb.

Komanda.az “Managing Barca”-ya istinadən xəbər verir ki, matçın ardından almaniyalı çalışdırıcı Rafinyanın meydandakı xarakterindən xüsusi razılıqla danışıb:

“Rafinyanın inanılmaz mentaliteti var. O, ilk fürsəti qaçırdı, amma sonrakı şansların hamısını dəyərləndirdi. O, bizə çox lazımdır. Meydandakı bu cür ruh yüksəkliyinə ehtiyacımız var”.

Rafinya dünən baş tutan “el klasiko”da 36-cı və 73-cü dəqiqələrdə fərqlənib. 29 yaşlı futbolçunun ikinci qolu həlledici olub və “Barselona”ya titul qazandırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button