“Flik bu “Barselona” ilə Çempionlar Liqasını da qazanacaq”

“Bayern”in İdarə Heyətinin rəhbəri Karl-Haynts Rummenigge, komandasının keçmiş baş məşqçisi Hans-Diter Flikin “Barselona”dakı fəaliyyəti barədə danışıb.

Komanda.az “Barca Times”-a istinadən xəbər verir ki, klub rəhbəri, almaniyalı mütəxəssisin uğurlarını yüksək qiymətləndirib:

“Flik heyəti yeniləyə-yeniləyə iki dəfə La Liqanı “Real”ın əlindən aldı. Bu, möhtəşəm nailiyyətdir. Mən proqnozlaşdırıram ki, o, komandada qalsa, bu “Barselona” ilə UEFA Çempionlar Liqasını da qazanacaq”.

Flik 2024-cü ilin yayında Xavi Hernandesi əvəz edərək “Barselona”nın baş məşqçisi olub. Komanda onun rəhbərliyi altında iki dəfə İspaniya çempionu olub, həmçinin, ölkə kubokunu və iki superkuboku qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button