“Barselona”da alman intizamı: Gecikməyə görə 40 min avro cərimə!

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik oyunçulara məşqlərə və iclaslara gecikməyə görə ciddi maliyyə cərimələri tətbiq edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə son müsahibəsində kataloniyalıların 25 yaşlı hücumçusu Ferran Torres danışıb. Hansısa oyunçunun matç günü gecikməsi halında cərimə 40 min avro təşkil edir.

Torres bildirib ki, Flik Kataloniya klubunda daha rahat mühitə baxmayaraq, öz sərt intizam siyasətindən geri çəkilmir.

Almaniyalı çalışdırıcı 2024-cü ilin yayında “Barselona”nın baş məşqçisi təyin olunub və indiyə qədər komandası ilə 99 oyunda 74 qələbə qazanıb, 9 heç-heçə edib, 16 məğlubiyyəti var. O, ötən mövsüm komandanı La Liqa çempionluğuna daşıyıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button