Flik Torresi göndərəcək, braziliyalı hücumçunu saxlayacaq

“Barselona”nın yeni baş məşqçisi Hans-Diter Flik komandanın növbəti mövsüm üçün heyətini planlaşdırmağa başlayıb. 

Komanda.az “Todofichajes” portalına istinadən xəbər verir ki, alman mütəxəssis yaxın gələcəkdə Kataloniya komandasına rəhbərlik etməlidir.

Flik “Barsa”nın hücumçusu Ferran Torresi komandadan uzaqlaşdırmaq istəyir. İspan futbolçu onun tələblərinə cavab vermir.

Bundan əlavə, Flik klubun yay transfer pəncərəsində ayrılmaq istədiyi hücumçu Vitor Roke ilə bağlı fikrini dəyişib. O, braziliyalı forvarda ümid bəsləyir və ona şans verməyə hazırdır.

Xatırladaq ki, “Barselona” bir müddət əvvəl Xavinin komandanın baş məşqçi postundan göndəriləcəyini açıqlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button