Finaldan əvvəl toqquşma olub – Braziliyalılarla argentinalılar arasında

Braziliyanın “Fluminense” klubunun azarkeşləri Libertadores kubokunun finalından əvvəl Argentina “Boka Xuniors”unun azarkeşlərinə Rio-de-Janeyrodakı Kopakabana çimərliyində hücum ediblər.

Komanda.az “Tyc Sports”-a istinadən xəbər verir ki, hadisə cümə axşamı baş verib. “Fluminense” azarkeşləri Kopakabananın əsas prospektinə çıxaraq, çimərlikdə olan “Boka Xuniors” azarkeşlərinə mütəşəkkil hücuma başlayıblar.

Hücum başlayandan 10 dəqiqə sonra hadisə yerinə gələn polis rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə etməli olub.

Hücum nəticəsində Argentina yığmasının bir neçə azarkeşi və turistlər xəsarət alıb. Qeyd olunur ki, gün ərzində ikisi irqçiliyə görə olmaqla dörd argentinalı həbs edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button