
“Kağız üzərində final oyunu “Çelsi” üçün çox çətin görünür”
“Çelsi”nin sabiq hücumçusu Cimmi Floyd Hasselbaynk İngiltərə kubokunun finalında “Mançester Siti”yə qarşı keçiriləcək oyun barədə fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş futbolçu, London klubunun işinin çətin olacağını desə də, sensasiya şansının olduğunu vurğulayıb:
“Kağız üzərində bu oyun “Çelsi” üçün çox çətin görünür. Mənə desəydilər ki, “Çelsi” “Liverpul”la heç-heçə edib yaxşı oyun göstərəcək və qələbəyə layiq olacaq, təəccüblənərdim. Son vaxtlar necə çıxış etdiklərini nəzərə alsaq, bu, böyük çağırışdır. Amma mümkünsüz deyil.
Bir neçə ay əvvəl “Çelsi” “Mançester Siti” ilə heç-heçə oynamışdı və ikinci hissədə əla təsir bağışlamışdı. Final finaldır, burada hər şey baş verə bilər. Bu, bir oyundan ibarət qarşılaşmadır və uğrunda mübarizə aparmağa dəyər”.
İngiltərə kubokunun finalı çərçivəsində “Mançester Siti” – “Çelsi” qarşılaşması mayın 16-da keçiriləcək.
Bizi Facebook-da izləyin



