FİFA sabiq vitse-prezidentini ömürlük cəzalandırdı

FİFA sabiq vitse-prezidenti Xuan Anxel Napoutu ömürlük futboldan kənarlaşdırıb.

Komanda.az xəbər verir ki, bu barədə dünya futbol qurumunun rəsmi saytı məlumat yayıb.

Paraqvaylı futbol funksioneri FİFA-da aparılan korrupsiya əməliyyatlarından sonra həbs edilmişdi. O, 2015-ci ildə Sürixdə keçirilən əməliyyatdan sonra saxlanılan 7 FİFA funksionerindən biri idi. Bir müddət öncə Nyu-Yorkun Bruklin məhkəməsi Napout barədə hökm çıxarmışdı. Məhkəmənin hökmü ilə Napout 9 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button