FİFA prezidenti: “Xahiş edirəm, diqqətimizi futbola yönəldək!”

FİFA prezidenti Canni İnfantino 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatının iştirakçıları qarşısında çıxış edib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, İnfantino, müxtəlif ölkələrin milli komandalarını idmanı siyasətlə qarışdırmamağa, diqqəti futbola yönəltməyə çağırıb:

“Xahiş edirəm, diqqətimizi futbola yönəldək! Başa düşürük ki, futbol boşluqda yaşamır. Eyni zamanda, biz başa düşürük ki, dünyada siyasi problemlər və çətinliklər çoxdur. Amma xahiş edirəm, futbolun mövcud ideoloji və ya siyasi döyüşə sürüklənməsinə imkan verməyin.

FİFA-da biz dünyaya əxlaq dərsi vermədən, bütün fikirlərə və inanclara hörmət etməyə çalışırıq. Dünyanın ən böyük güclərindən biri, həqiqətən də, onun çox müxtəlifliyidir. Heç bir xalq, heç bir mədəniyyət və ya millət bir-birindən üstün deyil. Bu prinsip qarşılıqlı hörmətin və ayrı-seçkiliyin olmamasının təməl daşıdır. Bu da futbolun əsas dəyərlərindən biridir. Odur ki, lütfən, futbolun səhnənin mərkəzinə çıxmasına icazə verin”.

Xatırladaq ki, bundan əvvəl FİFA Ukraynaya işğalçı hücuma keçən Rusiyanın futbol üzrə yığma komandalarını beynəlxalq yarışlarından kənarlaşdırıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button