FİFA-nın sabiq baş katibinə 10 illik cəza

FİFA-nın keçmiş maliyyə direktoru və katibi Markus Kattner 10 il müddətinə futboldan kənarlaşdırılıb.

Komanda.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

FİFA sabiq rəsmisini 1 milyon İsveçrə frankı məbləğində cərimə də edib.

Rəsmi açıqlamada bildirilir ki, Kattner sabiq FİFA prezidenti Zepp Blatter və digər rəhbər şəxslərin hesabına maaş və bonus adı ilə milyonlarca dollar köçürüb. Vəzifəsindən sui-istifadə etdiyinə görə 10 il müddətinə cəzalandırılan almaniyalı futbol funksioneri, 30 gün içində ödəmək şərti ilə 1 milyon İsveçrə frankı da cərimələnib.

Kattner Blatterin dönəmində 13 il boyunca FİFA-da müxtəlif vəzifələrdə çalışıb. 2016-cı ildə isə o, rəhbərliyin dəyişməsindən sonra qurumdan ayrılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button