Ferdinanddan Mbappeyə məsləhət

“Mançester Yunayted”in keçmiş müdafiəçisi Rio Ferdinand PSJ-nin hücumçusu Kilian Mbappe haqqında fikirlərini bölüşüb.

Komanda.az “Canal Champions Club”-a istinadən xəbər verir ki, Ferdinand, Mbappeyə PSJ-ni tərk etməyi məsləhət görüb:

“Mbappenin oyununu bəyənirəm. Onun yerində olsaydım, Çempionlar Liqasını qazana biləcək komandaya gedərdim. İndi PSJ üçün bu, mümkünsüz görünür.

O, özü üçün ən yaxşı klubu seçməlidir. Mbappe bu klubun PSJ olduğunu düşünürsə, elə olsun. Onun üçün əsas sual belə olmalıdır: “Mən maksimum oyunumu harada göstərə bilərəm, harada qalib gələ bilərəm və ən yaxşı olmaq üçün harada böyüyə bilərəm?”

Lionel Messi və Kriştiano Ronaldo artıq “qızıl top”a əsas namizəd olmayacaq. Onların varisi kim olacaq? Mbappe sübut etməlidir ki, onun növbəsi çatıb”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button