“Fehervar” – “Qəbələ” oyununun vaxtı müəyyənləşdi

“Qəbələ”nin Avropa Konfrans Liqasında keçirəcəyi ilk oyunun vaxtı və yeri dəqiqləşib.

Komanda.az xəbər verir ki, 2-ci təsnifat mərhələsinin “Fehervar”la Macarıstandakı ilk qarşılaşması iyulun 21-də baş tutacaq.

Matç “Mol Arena”da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xatırladaq ki, komandalar arasında cavab oyunu iyulun 28-də Qəbələ şəhər stadionunda təşkil olunacaq. Lakin bu görüşün başlama saatı açıqlanmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button