“Fehervar” – “Qəbələ” oyunu canlı yayımlanacaq

Sabah “Qəbələ” Avropa Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində səfərdə Macarıstan təmsilçisi “Fehervar”la qarşılaşacaq.

Komanda.az xəbər verir ki, “qırmızı-qaralar”ın macarlarla səfər matçının canlı yayımlanması məsələsi müsbət həllini tapıb.

“CBC Sport” telekanalının təşəbbüsü ilə qarşı tərəflə aparılan danışıqlar nəticəsində oyunun Azərbaycanda yayımlanmasına qərar verilib.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-dan etibarən “CBC İnternational” telekanalının canlı efirində olacaq.

Tərəflər arasında cavab oyunu bir həftə sonra Qəbələdə keçiriləcək. Həmin görüş də “CBC İnternational”la canlı yayımlanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button