“Fənərbaxça”nın futbolçusu Almaniya klubunda

“Fənərbaxça”nın futbolçusu Mikael Frey karyerasını Almaniyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 25 yaşlı hücumçu “Nürnberq” klubu ilə razılaşıb. İsveçrəli futbolçunun Almaniyaya gedərək, 2-ci Bundesliqa təmsilçisi ilə rəsmi müqavilə imzalayacağı bildirilir.

Frey, 2019/20 mövsümünü icarə əsasında “Nürnberq”də keçirəcək.

2018-ci ilin yayında “Fənərbaxça”ya keçən Frey, ötən mövsüm Super Liqada 14 oyuna 3 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button