“Fənərbaxça”dan daha bir transfer

Türkiyənin “Fənərbaxça” klubu növbəti transferini rəsmiləşdirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, İstanbul klubu “Kayserispor”un yarımmüdafiəçisi Dəniz Türüçü heyətinə qatır. Bu barədə “Fənərbaxça”nın rəsmi saytı məlumat yayıb. İki klub arasında bu transferlə bağlı danışıqlara start verildiyi bildirilib. Artıq bütün məsələlərdə razılıq əldə olunub. 26 yaşlı futbolçu tezliklə tibbi müayinədən keçəcək və rəsmi müqaviləyə imza atacaq.

Türkiyə mətbuatının yazdığına görə, “Fənərbaxça” bu transferlə əlaqədar “Kayserispor”a 2 milyon avro təzminat ödəyəcək.

Peşəkar karyerasına Hollandiyanın “Qou Ehed İqls” klubunda başlayan Dəniz, 2015-ci ildə “Kayserispor”a transfer olunmuşdu. Türkiyə millisinin də şərəfini qoruyan futbolçu, Kayseri klubunda 122 Super Liqa matçına çıxıb, 21 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button