“Fənərbaxça” Şahruddinin komandasını xalsız yola saldı

Türkiyə Super Liqasında 31-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün daha 4 oyun baş tutub.

“Kayserispor” evdə “Kasımpaşa”ya, “Konyaspor” “Trabzonspor”a uduzub. “Sivasspor” isə “Fatih Karagümrük”ü xalsız yola salıb.

“Fənərbaxça” bu turda “Adana Dəmirspor”u qəbul edib. Oyun İstanbul təmsilçisinin inamlı qələbəsiylə yekunlaşıb. Qonaqların heyətində Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev ilk dəqiqələrdən meydanda olsa da, fasilədə əvəzlənib. Buna onun rəqib hücumlarından biri zamanı kritik seyv edərkən aldığı zədə səbəb olub.

Türkiyə Super Liqası
31-ci tur

2 aprel

İstanbulspor – Rizəspor 0:4
Qollar: Olavoyin, 4. Minçev, 44; 64. Akintola, 90.

Antalyaspor – Ankaragücü 1:1
Qollar: E.Yeşilyurt, 40 – E.Bekiroğlu, 64.

Qalatasaray – Hatayspor 1:0
Qol: İkardi, 12.

Qaziantep – Alanyaspor 0:3
Qollar: Koka, 6; 72. O.Aydın, 32.

3 aprel

Sivasspor – Fatih Karagümrük 1:0
Qol: Manay, 88.

Fənərbaxça – Adana Dəmirspor 4:2
Qollar: Djiku, 17. Dzeko, 51. Tadiç, 70. S.Dursun, 85 – Balotelli, 25. Y.Barasi, 80.

Kayserispor – Kasımpaşa 0:2
Qol: Da Kosta, 22. Hayradinoviç, 56.

Konyaspor – Trabzonspor 1:3
Qollar: Nzonzi, 79 – Trezeqe, 19. Vişça, 59-pen. Fountas, 89.

4 aprel

21:30. Başakşəhər – Beşiktaş
21:30. Samsunspor – Pendikspor

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button