“Fənərbaxça” Emrelinin komanda yoldaşı ilə anlaşıb

“Fənərbaxça” Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun qapıçısı Dominik Livakoviçin keçidi ilə bağlı razılığa gəlib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı qolkiper də artıq Türkiyə klubu ilə şəxsi razılıq əldə edib.

Öncədən futbolçu ilə “Mançester Yunayted”in də maraqlandığı bildirilirdi.

Livakoviç 2015-ci ildən Xorvatiya təmsilçisində forma geyinir. O, klubda 283 oyuna çıxıb. Onun “Dinamo” ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.

“Dinamo”da Azərbaycan millisinin hücumçusu Mahir Emreli də forma geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button