“Fənərbaxça”nın futbolçusu Türkiyə millisindən kənarlaşdırıldı

Futbol üzrə Türkiyə millisi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, “Fənərbaxça”nın futbolçusu Mehmet Topal zədələnib. Bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Onun Super Liqanın son turunda “Sivasspor”la oyunda aldığı zədəsinin ciddi olduğu diqqətə çatdırılıb. Bu üzdən də yığmanın baş məşqçisi Şenol Günəş Topalı yığmanın heyətindən çıxarıb.

Qeyd edək ki, Türkiyə AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində martın 22-də səfərdə Albaniya, martın 25-də isə evdə Moldova yığması ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button