Mourinyo istəyir – “Fənərbaxça”nın hücumçusunu

Türkiyənin “Fənərbaxça” klubunun hücumçusu Vedat Muriqiyə İngiltərə Premyer Liqasından təklif gəlib.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Tottenhem” 25 yaşlı futbolçunu heyətində görmək istəyir. London klubunun daha öncə də İngiltərə təmsilçilərinin maraq dairəsində olan futbolçu üçün ilk rəsmi təklifi göndərdiyi bildirilir. “Tottenhem”in baş məşqçisi Joze Mourinyonun israrla istədiyi futbolçu üçün İstanbul klubuna 8 milyon avro təklif edildiyi deyilir.

Bundan başqa, kosovolu futbolçuya İtaliya A Seriyasından da təkliflərin olduğu deyilir. Buna baxmayaraq, çempionluq yarışında olan “Fənərbaxça” Muriqini satmaq niyyətində deyil.

Muriqi ötən ilin yayından “Fənərbaxça”da çıxış edir. O, 2019-cu ilin ilk yarısını Türkiyənin digər təmsilçisi “Rizəspor”da keçirib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button