
Eşli Koul İtaliyada məşhur sabiq futbolçunun oğlunu çalışdıracaq
İngiltərəli tanınmış sabiq müdafiəçi Eşli Koul İtaliyanın “Çezena” klubunun baş məşqçisi təyin olunub. Komanda hazırda İtaliya futbolunun ikinci ən güclü liqası olan B Seriyasında çıxış edir.
Maraqlı məqamlardan biri isə odur ki, Koulun rəhbərlik edəcəyi heyətdə Conatan Klinsmann da yer alır. O, məşhur sabiq alman hücumçu Yurgen Klinsmannın oğludur.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Conatan Klinsmann artıq gənc və böyük perspektiv vəd edən futbolçu sayılmır. Onun 29 yaşı tamam olmaq üzrədir. Buna baxmayaraq, o, karyerasını “Çezena”da davam etdirir.
Yurgen Klinsmann futbolçu karyerası ərzində İtaliyada “İnter” və “Sampdoriya” kimi klubların formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



