“Əsas hədəf Çempionlar Liqasını qazanmaqdır” – Serxio Roberto

“Barselona”nın müdafiəçisi Serxio Roberto komandanın qarşıdakı mövsüm üçün əsas hədəfini dilə gətirib.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, o, yaxşı heyətə sahib olduqlarını deyib:

“Bütün turnirlər uğrunda mübarizə aparmaq üçün yaxşı heyətə sahibik. Hər şeyi mükəmməl edirik. Əsas hədəf Çempionlar Liqasını qazanmaqdır. Ötən mövsüm avrokuboklarda uğurlu olmadıq”.

“Barselona” 2022/23 mövsümünü İspaniya çempionu kimi bitirib. Qarşıdakı mövsümün 1-ci turunda Xavinin yetirmələri “Xetafe” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button