“Mbappe mükəmməl vəziyyətdədir” – Luis Enrike

PSJ-nin baş məşqçisi Luis Enrike hücumçu Kilian Mbappenin zədədən sonrakı durumu haqda danışıb.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, o, fransalı futbolçunun vəziyyətinin yaxşı olduğunu bildirib:

“Mbappe komanda ilə məşq keçdi, bütün məşqləri heç bir narahatlıq keçirmədən etdi. Zədəsindən tam bir həftə keçib. Amma indi o, mükəmməl vəziyyətdədir”.

24 yaşlı hücumçu bu mövsüm Fransa çempionatında 4 oyun keçirib və 7 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button