“Enfild Roud”da çempion komandaya qarşı oynamaq çətin olacaq” – Sulşer

İngiltərə Premyer Liqasının 19-cu turu çərçivəsində “Liverpul”la qarşılaşacaq “Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, norveçli mütəxəssis, oyunla bağlı bunları deyib:

“Futbolçular özlərinə inanmalıdırlar. “Enfild Roud”da çempion komandaya qarşı oynamaq çətin olacaq. İndiki mövqeyimizə gəlmək üçün çox çalışdıq. İndi də bunu davam etdirməliyik. Futbolçuların zehniyyətində böyük dəyişiklik var.

Heyətimizdə hər oyun oynamaq istəyən futbolçular var. Hər kəsə oynamaq şansı verəcəyik. Ümid edirəm ki, “Liverpul”la matçda tam gücümüzdə ola bilərik”.

“Liverpul” – “Mançester Yunayted” oyunu bu gün, saat 20:30-da başlayacaq.