ÇL: “Əminəm ki, biz finala yüksələcəyik”

PSJ-nin futbolçusu Kilian Mbappe Çempionlar Liqasının yarımfinalında Dortmund “Borussiya”sı ilə cavab oyunu öncəsi jurnalistlərə açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komanda olaraq qələbə qazanacaqlarına inandığını deyib:

“İndi tamamilə sakitik. Əminəm ki, biz geri dönə biləcəyik və finala yüksələcəyik. Düşünürəm ki, hər şey yaxşı olacaq. Matça ciddi hazırlaşıram. PSJ-nin finala yüksəlməsinə kömək etməyə hazıram”.

PSJ ilk görüşdə 0:1 hesabı ilə məğlub olub. Cavab oyunu mayın 7-də Parisdə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button