Elçin Əsədov Türkiyədə 3-cü oldu

Azərbaycanın şose velosipedi üzrə Elit yığma komandasının üzvü, gələn il Tokio Yay Olimpiya Oyunlarında iştirak edəcək Elçin Əsədov Türkiyədə keçirilən 1.2 kateqoriyalı “Grand Prix Velo Erciyes” yarışında uğurla çıxış edib.

Komanda.az xəbər verir ki, “Bahrain Cycling Academy” kontinental komandasının heyətində mübarizə aparan Elçin bir günlük yarışda 3-cü nəticə göstərib.

Velosipedçimiz 176 km məsafəni 4 saat, 11 dəqiqə, 26 saniyəyə başa vurmaqla reytinqinə 25 xal da əlavə edib.

Baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında bu yarışda iştirak edən Azərbaycan yığma komandasının digər üzvlərindən ən yaxşı nəticəyə Samir Cəbrayılov imza atıb – o, 78 velosipedçi arasında 18-ci olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button