
“Real”a məğlubiyyət Yamalı ictimaiyyətdən uzaqlaşdırıb
“Barselona”nın hücumçusu Lamin Yamal “el klasiko”dakı uğursuzluqdan sonra həyat tərzində ciddi dəyişikliklər edib.
18 yaşlı futbolçu qarşılaşmadan öncə “Real” haqqında sərt fikirlər səsləndirmişdi. Ancaq Madrid klubunun 2:1 hesablı qələbəsi ilə nəticələnən duel onun üçün həm meydanda, həm də ondan kənarda ağır keçib.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “Santyaqo Bernabeu”dakı məğlubiyyətdən sonra Yamal və yaxın əhatəsi qərara gəlib ki, o, bir müddət ictimaiyyət qarşısına az çıxsın və sosial şəbəkədə aktivliyini minimuma endirsin.
Bildirilir ki, Yamala yalnız idman uğursuzluğu deyil, həm də Niki Nikolla (sevgilisi) ayrılığı psixoloji təsir göstərib. Bu proses onun üçün kifayət qədər çətin olub.
İspaniyalı futbolçu cari mövsümdə “Barselona”nın heyətində 11 matçda iştirak edib, 6 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.
Bizi Facebook-da izləyin



