“Ehtiyat futbolçularımız istənilən səviyyədə deyil” – Tərlan Əhmədov

Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində “Neftçi”ylə 0:0 hesablı bərabərliyə razılaşan “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov oyundan sonra mətbuat konfransı keçirib.

Komanda.az xəbər verir ki, mütəxəssis bunları deyib:

  • Bu oyun üçün komandama təşəkkür edirəm. Baxımlı futbol göstərdik. Məğlub da ola bilərdik, qalib də gələ bilərdik. Düşünürəm ki, oyunun ədalətli nəticəsi bu idi. Bəzi məqamlar məni narahat edir, əsas da orta xətt futbolçuları. Tural Bayramlı öz oyununu daha da yaxşılaşdırmalıdır. Bu oyunun davamını gətirmək istəyirik.
  • “Neftçi” kimi rəqibdən 1 xal almaq uğurdu, yoxsa azlıqda qalan rəqiblə heç-heçə uğursuzluq?
  • Məğlub olandan sonra komandanın üzərində təzyiq vardı. Buna görə də komandaya təşəkkür düşür. Komandamız bu mövsüm yenidir. Hər şey ola bilərdi. Futbolun başqa tələbləri var. Hər şey ola bilərdi.
  • Əsas heyətdən danışdız, amma sizdə ehtiyat futbolçu yoxdur, xüsusilə də oyunu taleyini dəyişəcək futbolçu…
  • Yaralı yerimizə toxunduz. Ehtiyat futbolçularımız var, amma istənilən səviyyədə deyil. Əfran İsmayılov da öz formasından uzaqdır, amma bu gün yaxşı formada idi. O, formaya düşəndən sonra bizə daha çox faydası dəyəcək. Hücumu gücləndirəcək futbolçumuz yoxdur.
  • Transfer gözlənilirmi?
  • Hazırda yox, ola bilsin ki, qışda olsun.

Aygül Qarayeva